Panoramik liftlər

Ticarət və ofis mərkəzlərinin, mehmanxana və digər böyük ictimai binaların inşası artdıqca, panoramik liftlərdən istifadə sayı da artır. Adi liftlərdən fərqli olaraq panoramik liftlər sərnişinlərə liftin çölündə mövcud olanları görmək imkanı yaradır və bu da öz növbəsində bu növ liftlərə maraq hissi oyadır. Liftdə hərəkətetmə həm uşaqlar həm də böyüklər üçün çox maraqlı və əyləncəli bir səyahətə çevrilir. Qapalı məkan qorxusu olanlar daha heç bir narahatçılıq hissi keçirməyəcəklər – hər şey çox aydın şəkildə görünür. Panoramik liftlərin üstünlüklərindən biri də onların müəyyən üslubda olan dizaynıdır: şəffaf kabin zəriflik və xüsusi nəfislik əlavə olunmaqla istənilən üslub və interyerə uyğun olacaqdır. Əksər hallarda panoramik lift bütün məkanın kompozisiya mərkəzinə çevrilir. Bu növ liftin olması diqqət cəlb edir və müəssisənin nüfuzunu artırır, bu da öz növbəsində, ziyarətçilərin sayını artırır. Binanın xaricində quraşdırılan panoramik lift sərnişinlərə ətrafdakı mənzərəni izləmək imkanı yaradır. Bu cür qərar binanın içərisində xeyli sahəyə qənaət və həmin sahədən səmərəli istifadə etmək imkanı yaradır. Biz Sizə dünyanın aparıcı istehsalçılarının panoramik liftlərini təklif edirik. Siz təklif olunan geniş çeşiddən istənilən modeli seçə bilərsiniz və ya layihəyə düzəlişlər və fərdlilik əlavə etməklə öz şəxsi maketinizi təklif edə bilərsiniz. Konstruksiyanın inşası Sizin binanızın xüsusiyyətlərinə əsasən uyğunlaşdırılır, onun forması isə müxtəlif ola bilər – düzbucaqlı, yarımdairəvi və ya hamar bucaqlar formasında. Siz tələb olunan yük qaldırma gücünə, istənilən kabin ölçüsü və şaxta hündürlüyünə malik lifti əldə edə bilərsiniz. Liftin kabini tamamilə şəffaf və ya metal, güzgü və ağacla bəzədilə bilər.